Avropa Komissiyası rəqəmsal xidmətlər haqqında qanunvericiliyin (DSA) tələblərini pozduğuna görə “AliExpress” elektron ticarət platformasını 550 milyon avro cərimələyib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, qurumun məlumatında bu qərarın platformanın qeyri-qanuni, təhlükəli və saxta məhsulların yayılması ilə bağlı sistemli riskləri lazımi səviyyədə qiymətləndirməməsi və azaltmaq üçün effektiv tədbirlər görməməsinə görə qəbul olunduğu bildirilir.
Avrokomissiyanın araşdırmasına əsasən, “AliExpress” potensial qanunsuz məhsullara nəzarət edən əməkdaşların sayını və iş yükünü düzgün qiymətləndirməyib, tövsiyə və reklam sistemlərinin belə məhsulların yayılmasına təsirini tam nəzərə almayıb. Yoxlamalar zamanı saxta məhsullar, təhlükəli oyuncaqlar və kosmetik vasitələrin platformada uzun müddət qalmaqda davam etdiyi müəyyən edilib.
Bundan əlavə, şirkətin qanunsuz məhsul satan ticarətçilərə qarşı tətbiq etdiyi cəza mexanizmlərinin səmərəli işləmədiyi, məhsulların kateqoriyalarının yanlış göstərilməsi yolu ilə nəzarət sistemlərinin asanlıqla keçildiyi bildirilib.
Avrokomissiya cərimənin məbləğini pozuntuların xarakteri, Avropa İttifaqındakı istifadəçilərə təsirini və müddətini nəzərə alaraq müəyyən edib. “AliExpress”ə pozuntuların aradan qaldırılması üçün oktyabrın 20-dək fəaliyyət planını təqdim etmək tapşırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB