...Rus Pravoslav Kilsəsinin Sinodu, Tanrıdan və müqəddəslərdən Krımın qorunmasını, düşmən üzərində qələbəni və Rusiya ordusuna kömək diləyən duanın mətnini təsdiqlədi.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Novaya Gazeta Avropa” xəbər verir.
Bu dua Krım Müqəddəsləri Sinaksisi üçündür. Orada Tanrıdan “görünən və görünməyən düşmənlər” üzərində qələbə, Tanrı Anasından isə Krımda “pravoslav həyatını” gücləndirməsini və “göydən qələbə” bəxş etməsini xahiş olunur.
Duada Müqəddəs Teodor Uşakovu “mülki əhalinin lideri, Rusiya donanmasının və Sevastopolun qoruyucusu” adlandırırlar və ondan kömək istəyirlər.
Rusiya üçün “xarici işğaldan və daxili çəkişmələrdən qorunma”, ordu üçün “Vətənimizin müdafiəsində uğur” və bütün pravoslav xristianlar üçün “mənəvi mübarizədə kömək” dilənirlər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB