İranın İordaniyaya ballistik raket və pilotsuz təyyarə hücumundan sonra iki Amerika əsgəri həlak olub, biri itkin düşüb. Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) şənbə günü, 18 iyulda məlumat verib. Hücuma cavab olaraq dörd Amerika əsgərinin İordaniyadakı xəstəxanalara təxliyə edildiyi, lakin sonradan xəstəxanadan buraxıldığı bildirilir. Yüngül xəsarət alan əsgərlər xidmətlərinə qayıdıblar.
İran dövlət mediasının məlumatına görə, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) hücum zamanı İordaniyadakı Əl-Əzraq Hava Bazasında ən azı iki Amerika qırıcı təyyarəsini məhv etdiyini iddia edib. Mərkəzi Komandanlıq bu iddialara münasibət bildirməkdən imtina etdi.
Xatırladaq ki, ABŞ və İran bu gün hərbi və strateji hədəflərə yeni zərbələr endiriblər. ABŞ qüvvələri İranda körpülərə və duzsuzlaşdırma zavoduna zərbə endirib, İİKK isə Yaxın Şərqdəki Amerika hərbi bazalarına, Küveytdəki neft obyektinə və Bəhreyndə mobil telefon mərkəzinə zərbə endirib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB