Çinin Çonçin şəhərində baş verən torpaq sürüşməsi nəticəsində 8 nəfər ölüb, 34 nəfə itkin düşüb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, aramsız yağışların səbəb olduğu sürüşmə yerli vaxtla səhər saat 9 radələrində Hancia mikrorayonunda baş verib. Nəticədə dağın ətəyində yerləşən 10-dan çox yaşayış binası dağıntı və palçıq axını altında qalıb. Axtarış işlərinin gedişində 10 nəfər xilas edilib, 8 nəfərin meyiti tapılıb. Hazırda axtarış-xilasetmə işləri davam edir.
Sürüşmədən sonra ərazidə 2-ci səviyyədə geoloji fəlakət vəziyyəti elan olunub. Təbii fəlakət bölgəsindən təxminən 1100 nəfər təxliyə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB