Romada Livan və İsrail arasında danışıqlar olacaq

Romada Livan və İsrail arasında danışıqlar olacaq

Livan hökuməti iyulun 15-16-da Romada keçiriləcək İsraillə danışıqların növbəti raundunda iştirak etmək üçün nümayəndə heyəti göndərəcək. Bu barədə “Röyters” məlumat yayıb.

Məlumata görə, belə qərar İsrailin gələn həftənin əvvəlindən Livanın cənubundakı ərazilərdən qoşunlarını çıxarmağa başlayacağını açıqlamasından sonra qəbul edilib. Həmin ərazilərdə Livan ordusunun nəzarəti altında “pilot zonalar” yaradılması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə