Tehran ABŞ-a xəbərdarlıq edib: “İstənilən yanlış hesablamaya qəti cavab veriləcək”
İran ABŞ və İsrailə qarşı sərt xəbərdarlıq edib. Tehran bəyan edib ki, Vaşinqtonun və ya İsrailin istənilən “yanlış hesablaması” İran Silahlı Qüvvələrinin qəti və sərt cavabı ilə qarşılanacaq. Bu açıqlama ölkədə keçiriləcək matəm mərasimləri və bölgədə artan gərginlik fonunda səsləndirilib.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İranın yüksək rütbəli hərbi rəsmisi bildirib ki, ölkənin silahlı qüvvələri istənilən mümkün hücuma tam hazırdır və ABŞ-la İsraili yeni hərbi addımlardan çəkinməyə çağırıb. Onun sözlərinə görə, hər hansı təxribat və ya hücum cavabsız qalmayacaq. İranın xarici işlər naziri Abbas Əraqçi də İsrailin müdafiə naziri İsrael Katsın son açıqlamalarına münasibət bildirərək vurğulayıb ki, İran öz təhlükəsizliyini qorumaq üçün bütün zəruri tədbirləri görəcək. Nazir qeyd edib ki, ölkəyə qarşı səsləndirilən təhdidlər Yaxın Şərqdə onsuz da gərgin olan vəziyyəti daha da ağırlaşdıra bilər. Bununla yanaşı, İran hakimiyyəti ölkə daxilində təhlükəsizlik tədbirlərini gücləndirib. Tehran, Məşhəd və digər iri şəhərlərdə keçiriləcək matəm mərasimləri ilə əlaqədar hava məkanına müvəqqəti məhdudiyyətlər tətbiq olunub. Eyni zamanda diplomatik kanalların tam bağlanmadığı bildirilir. Qətərin vasitəçiliyi ilə ABŞ və İran arasında aparılan danışıqlarda müəyyən irəliləyiş əldə olunsa da, Tehran mümkün razılaşma üçün öz şərtlərinin yerinə yetirilməsində israrlı olduğunu bəyan edib.
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB