...Avropa Komissiyası Çindən gələn aşağı dəyərli bağlamalara yeni gömrük rüsumu tətbiq edir. 1 iyuldan etibarən dəyəri 150 avroya qədər olan bağlamalar üçün 3 avro rüsum tutulacaq.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə The Guardian yazır.
Eyni zamanda, bu dəyərli malların Aİ ölkələrinə rüsumsuz idxalına icazə verən qayda ləğv ediləcək.
Brüssel ümid edir ki, bu, Çindən aşağı dəyərli malların axınını azaltmağa və Avropa pərakəndə satış şirkətlərinə dəstək olmağa kömək edəcək.
Avropa Komissiyasının məlumatına görə, Aİ-yə daxil olan aşağı dəyərli bağlamaların sayı 2022-ci ildəki 1,3 milyarddan 2025-ci ildə 5,9 milyarda qədər dörd dəfədən çox artıb.
Bu bağlamaların təxminən 90 faizi Çindən, əsasən Shein və Temu onlayn platformaları vasitəsilə gəlir.
Avropa Komissiyası həmçinin idxal olunan malların keyfiyyəti və təhlükəsizliyi ilə bağlı narahatlıqları da qeyd edib. 29 iyunda dərc edilmiş bir araşdırmaya görə, Aİ xaricindən onlayn alınan məhsulların təxminən 60 faizi Avropa tələblərinə cavab vermir.
Ən çox pozuntu kosmetika, oyuncaqlar, qida əlavələri və fərdi qoruyucu vasitələr arasında aşkar edilib.
Aİ səlahiyyətliləri hesab edir ki, yeni tədbirlər yalnız yerli müəssisələri dəstəkləməyəcək, həm də istehlakçılar üçün məhsul təhlükəsizliyini artıracaq.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB