...Deməli, Kremlə qarşı yeni bir Rusiya hərbi hücumu ilə hədələyərək Putinə açıq müraciət edən rusiyalı bloqçu və hərbi zabit Aleksandr Lunin həbs edilib.
Bundan əvvəl təhlükəsizlik qüvvələri onun evində axtarış aparıb.
SİA-nın əldə etdiyi məlumata görə, Luninin Moskvaya getməsindən qısa müddət sonra o, susub və daha sonra təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldığı barədə məlumatlar ortaya çıxıb.
...Bu barədə 27 iyun axşamı Luninə məxsus Telegram kanalında ailə dostu olduğu iddia edilən şəxs məlumat verib. Məlumatda Aleksandrın özünün guya "sağ və sağlam" olduğu, lakin həbsdə olduğu bildirilib.
O, inzibati xətalarda ittiham olunaraq 11 gün müddətinə həbs edilib.
Rusiyanın "Dojd" media orqanı əvvəllər Luninin həyat yoldaşı Tatyananın sosial mediada evlərində aparılan axtarışları təsvir edən video yayımladığını bildirmişdi. O, həmçinin Aleksandrın Moskvaya getdikdən sonra ünsiyyətini dayandırdığını bildirib.
Tatyananın sözlərinə görə, təhlükəsizlik qüvvələri ərinin getdikdən sonrakı gecə onların evinə gəliblər. İddialara görə, onlar "hər şeyi", o cümlədən fləş-diskləri, kompüterləri, noutbukları, sərt diski və hətta nunçakları müsadirə ediblər.
...Bu video şənbə günü TikTok-da peyda olub, lakin təxminən bir saat sonra naməlum səbəblərdən Tatyana onu sosial mediadan silib. Daha sonra bloggerin kanalında onun həbsi ilə bağlı paylaşım edilib və qadın öz səhifəsində kişinin "sağ və salamat" olduğunu yazdı.
Lakin təfərrüatlar hələ də məlum deyil.
Xatırladaq ki, 25 iyunda rusiyalı hərbçi və blogger Aleksandr Luninin Putinə müraciət edərək onu Rusiyanın Ukraynaya qarşı müharibəsindəki real vəziyyətə gözlərini açmaq üçün şəxsi görüşə çağırdığı bir video yayıldı. O, həmçinin bildirib ki, əgər rus diktatoru razılaşmasa, Rusiya ordusu "silahlarını Kremlə qarşı çevirəcək".
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB