Ukraynanın müdafiə sənayesi üçün 343 milyon avroluq SAZİŞ

Ukraynanın müdafiə sənayesi üçün 343 milyon avroluq SAZİŞ

Ukrayna Müdafiə Nazirliyi, Avropa Komissiyası, eləcə də Fransa və Finlandiya ikili təyinatlı texnologiyalar və müdafiə sənayesi sahəsində sənaye potensialının genişləndirilməsinə yönəlmiş sazişlər imzalayıb. SİA xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, sazişlər Aİ zəmanətləri və qarışıq maliyyələşdirmə qrantları şəklində 343 milyon avronun təqdim edilməsini nəzərdə tutur.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə