Özbəkistan dövlət sərhədinin demarkasiyası çərçivəsində 236 hektar ərazisi olan iki yaşayış məntəqəsini Qırğızıstana verib. Bu barədə Qırğızıstan Prezidentinin mətbuat katibi Askat Alaqozov sosial şəbəkə səhifələrində bildirib. Onun sözlərinə görə, söhbət əhalisi 2500 etnik qırğızdan ibarət olan Çonqara və Taş-Tobo kəndlərindən gedir.
"İndi bu kəndlərdə qeydiyyat tədbirləri həyata keçiriləcək, onlar başa çatdıqdan sonra isə sakinlərinə Qırğızıstan Respublikasının vətəndaşlığı veriləcək. Qeyd olunan yaşayış məntəqələrinin əvəzində Qırğızıstan tərəfi sərhədyanı zonada sahəsinə görə bərabər olan torpaq sahələrini Özbəkistan Respublikasına verib", - Alaqozov qeyd edib.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB