Dünya Çempionatı 2026: İordaniya 1–2 Əlcəzair

Dünya Çempionatı 2026: İordaniya 1–2 Əlcəzair

Əlcəzair milli komandası İordaniya üzərində 2–1 hesablı qələbə qazanaraq qrup mərhələsində mühüm üç xal əldə edib və oyunda geridönüş etməyi bacarıb.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İordaniya matça inamlı başlayaraq 36-cı dəqiqədə Nizar Əl-Rəşdanın uzaq məsafədən vurduğu dəqiq zərbə ilə hesabı açıb və Dünya Çempionatında tarixində ilk dəfə önə keçib. Lakin ikinci hissədə Əlcəzair daha aktiv oyun nümayiş etdirib və edilən taktiki dəyişikliklərdən sonra təzyiqi artırıb. 69-cu dəqiqədə Nadhir Benbouali künc zərbəsindən sonra hesabı bərabərləşdirib, 82-ci dəqiqədə isə Amine Qouri qapı qarşısında yaranan vəziyyətdən yararlanaraq qələbə qolunu vurub. Matçın sonlarında Əlcəzairin həyəcanlı anları artıb, İordaniya isə müdafiədə müqavimət göstərsə də, üstünlüyünü qoruyub saxlaya bilməyib. Nəticədə Əlcəzair vacib qələbə ilə qrupdakı mövqeyini gücləndirib, İordaniya isə turnirdə mübarizəni erkən mərhələdə başa vurub.

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə