2026 NATO Zirvəsi harada və nə vaxt keçiriləcək? - FOTO

2026 NATO Zirvəsi harada və nə vaxt keçiriləcək? - FOTO

NATO Dövlət və Hökumət Başçıları Zirvəsi bu il Türkiyədə keçiriləcək. 32 üzv ölkənin liderlərinin iştirakı ilə baş tutacaq bu mühüm zirvə beynəlxalq mətbuat tərəfindən izləniləcək.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Zirvədə müdafiə xərcləri, Rusiya–Ukrayna müharibəsi, Yaxın Şərqdə təhlükəsizlik vəziyyəti və NATO-nun yeni strateji konsepsiyası kimi mühüm məsələlərin müzakirə olunacağı gözlənilir.

NATO Baş katibi Mark Rutte tərəfindən verilən məlumata görə, 36-cı NATO Zirvəsi 7–8 iyul 2026-cı il tarixlərində keçiriləcək.

Bu ilki zirvəyə Türkiyə ev sahibliyi edəcək və görüşlər Ankarada baş tutacaq.

Zirvə ilə əlaqədar Ankarada geniş təhlükəsizlik və inzibati tədbirlər həyata keçirilib. Ankara Valiliyinin yaydığı məlumata əsasən, 7–8 iyul tarixlərində keçiriləcək zirvə səbəbilə bəzi dövlət qurumlarında çalışan əməkdaşlar üçün inzibati məzuniyyət tətbiq olunacaq.

Bu çərçivədə Altındağ, Çankaya, Etimesgut, Gölbaşı, Keçiören, Mamak, Pursaklar, Sincan və Yenimahalle rayonları ərazisində yerləşən bütün dövlət qurumlarında, yalnız zəruri və kritik xidmətlərdə çalışan işçilər istisna olmaqla, digər əməkdaşlar 6–12 iyul həftəsində inzibati məzuniyyətə çıxacaq.

Bundan əlavə, Prezident Administrasiyasının Baş Katibliyinin koordinasiyası ilə dövlət xidmətlərinin fasiləsiz davam etməsi üçün lazımi işçi heyətinin saxlanılması və kritik sahələrin fəaliyyətinin təmin edilməsi barədə tədbirlər görülüb.

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə