Gürcüstan həbsxanalarında hansı ölkələrin vətəndaşları saxlanılır?

Gürcüstan həbsxanalarında hansı ölkələrin vətəndaşları saxlanılır?

Son iki ildə Gürcüstanda həbsdə olan xarici vətəndaşların sayı xeyli artıb.

SİA xarci KİV-ə istinadən xəbər verir ki, Gürcüstan Milli Statistika Xidmətinin (Sakstat) məlumatına görə, 1 may 2026-cı il tarixinə olan məlumata görə, Türkiyə vətəndaşları 539 məhbusla böyük fərqlə liderlik edir. Rusiya vətəndaşları 196 məhbusla ikinci, ukraynalılar isə 176 məhbusla üçüncü yerdədir.

Azərbaycan vətəndaşları 175 məhbusla üçüncü yerdən cəmi bir nəfər geridə qalır. İlk beşliyi 100 məhbusla İran tamamlayır.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə