...Çin prezidenti Si Cinpin və Putin Pekində iki günlük sammit keçirdilər və bundan sonra yeni dünya nizamının yaradılması zərurəti ilə bağlı birgə bəyanat verdilər.
Onlar mövcud beynəlxalq münasibətlər sistemini tənqid etdilər və "cəngəllik qanununa" qayıdış barədə xəbərdarlıq etdilər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Politico yazır.
...Sənəddə Moskva və Pekin çoxqütblü dünya nizamını müdafiə etdilər və birtərəfli təzyiq, eləə də hegemoniyaya qarşı duracaqlarına söz verdilər.
Bəzi Qərb analitiklərinin fikrincə, bu cür dil ABŞ-ın təsirini və onun yaratdığı ittifaqlar sistemini zəiflətmək cəhdini ifadə edir.
Beynəlxalq strategiya üzrə ekspert Hal Brands hesab edir ki, Si Cinpin və Putin arasındakı görüş Çin liderinin ABŞ prezidenti Donald Trampla son sammitindən xeyli məzmunlu idi. Onun sözlərinə görə, Rusiya-Çin tərəfdaşlığı Pekin üçün əsas strateji diqqət mərkəzində qalır.
Analitiklər qeyd edirlər ki, Çin və Rusiya ABŞ-ın artıq əsas qlobal güc rolunu oynamadığı bir dünya modelini təbliğ edirlər.
Söhbət Amerika ittifaqlarının mərkəzliyini itirdiyi və avtoritar dövlətlərə demokratiya və insan hüquqları məsələlərində təzyiq olmadan fəaliyyət göstərmək üçün daha çox azadlıq verildiyi bir sistemdən gedir.
Eyni zamanda, Pekin Vaşinqtonla dərhal qarşıdurmaya can atmır. Ekspertlərin fikrincə, Çin rəhbərliyi ölkə öz iqtisadiyyatını gücləndirərkən və qlobal rəqabətin güclənməsinə hazırlaşarkən ABŞ ilə nisbətən sabit iqtisadi münasibətləri qorumaqda maraqlıdır.
Müşahidəçilər həmçinin Çinin artan diplomatik fəaliyyətini qeyd edirlər.
Son bir ildə Pekin Rusiya, ABŞ, Böyük Britaniya və bir sıra Avropa ölkələrindən olan liderləri qəbul edərək qlobal siyasətin əsas mərkəzi kimi statusunu möhkəmləndirib. Ekspertlərin fikrincə, gələcək dünya nizamı ilə bağlı Amerika və Çin/Rusiya baxışları arasındakı rəqabət qarşıdakı illərdə beynəlxalq gündəmi formalaşdıracaq.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB