Malayziya 16 yaşdan kiçik uşaqların sosial media hesablarına girişini qadağan edib
Malayziya bazar ertəsi günü 16 yaşdan kiçik milyonlarla uşağın sosial media hesabına girişinə qadağan edən qaydaları tətbiq etməyə başlayıb və gənc istifadəçilərin onlayn təhlükəsizlik tədbirlərini sərtləşdirmək üçün qlobal səylərə qoşulub.
SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, qaydalar sosial media platformalarından yaş təsdiqləmə sistemlərini tətbiq etmələrini və 16 yaşdan kiçik istifadəçilərin hesab yaratmasını qadağan etmələrini tələb edir. Bu qaydalar Facebook, Instagram, TikTok və YouTube da daxil olmaqla, ən azı 8 milyon istifadəçisi olan platformalara şamil edilib.
Hökumət bildirib ki, bu addım uşaqları zərərli məzmundan, kiberhücumdan və həddindən artıq istifadəni təşviq etmək üçün hazırlanmış platforma xüsusiyyətlərindən qorumağa yönəlib .
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB