...İsveç hökuməti Ukraynaya kəşfiyyat, hava-hava və hava-yer missiyaları üçün nəzərdə tutulmuş bir sıra Gripen JAS 39 C/D çoxməqsədli qırıcı təyyarələr verməyi planlaşdırır. Aftonbladet mayın 27-də verdiyi məlumata görə, Ukrayna təyyarənin pulunu Avropa Birliyindən kreditlə ödəyəcək. SİA xəbər verir ki, mediada yayılan məlumatlara görə, İsveçin Baş naziri Ulf Kristersson 28 may üçün mətbuat konfransı keçirib.
Hökumətin JAS 39 C/D qırıcılarının Ukraynaya təhvil verilməsini elan etməsi gözlənilir.
Ukraynaya gələcəkdə əlavə JAS 39E təyyarələrinin satışı ilə bağlı danışıqların da eyni vaxtda başlaması gözlənilir.
Nəşr bildirir ki, Ulf Kristersson Uppsaladakı Uppland Hava Eskadrilyasına baş çəkəcək.
Bu səfər zamanı beynəlxalq aviasiya əməkdaşlığı ilə bağlı xəbərlərin təqdim ediləcəyi mətbuat konfransının keçirilməsi gözlənilir.
Media hələlik başqa detalları, xüsusən də çatdırılması planlaşdırılan Gripen JAS 39 C/D təyyarələrinin sayı ilə bağlı heç bir açıqlama verməyib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB