Everestdə tarixi rekord: Bir gündə 274 alpinist zirvəyə çatıb.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, dünyanın ən yüksək zirvəsi olan Everest dağına bir gündə 274 alpinistin qalxması rekord göstərici kimi qeydə alınıb.
Nepal rəsmilərinin məlumatına görə, alpinistlər əlverişli hava şəraitindən istifadə edərək dünən Everestin zirvəsinə çatmağa nail olublar.
Bununla da Everestə bir gündə qalxan insanların sayı üzrə yeni rekord müəyyənləşib. Əvvəlki rekord 22 may 2019-cu ildə qeydə alınmışdı. Həmin gün Nepal tərəfindən 223, Çin tərəfindən isə 113 nəfər zirvəyə çatmışdı.
Qeyd edək ki, dünyanın ən yüksək zirvəsi hesab olunan Everest dağı 8848 metr hündürlüyə malikdir. Dağ Nepal ilə Çinin Tibet Muxtar Vilayəti arasında yerləşir və onun şərq hissəsi Çin sərhədləri daxilindədir.
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB