...SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, “Qəhrəman nənə” adı 10 və ya daha çox nəvə böyüdən qadınlara təklif olunur.
Nənə insanın həyatında anasından sonra ikinci ən vacib qadındır.
Valideynlər pul qazanmağa məcbur olarkən uşaqlara baxanlar çox vaxt nənələrdir. Və çox vaxt nəvələrinin xarakterini formalaşdıranlar nənələrdir.
Buna görə də Rusiyada “Qəhrəman nənə” adının tətbiqi təklifi irəli sürülüb.
“Pravoslav Rusiya” hərəkatının sədri Mixail İvanov bu təşəbbüsü “Abzats”a verdiyi müsahibədə dilə gətirib.
Adın on nəvə böyüdən qadınlara verilməsi nəzərdə tutulur. Deputatın sözlərinə görə, “Qəhrəman nənə”lər əmək veteranları ilə eyni dəstəyi almalıdırlar, yəni aylıq nağd ödənişlər, mənzil, kommunal xərclərin ödənilməsi, pulsuz ictimai nəqliyyat, sanatoriyalara illik vauçerlər və dövlət stomatoloji klinikalarında pulsuz diş protezləri...
İdeya maraqlıdır, amma sual yaranır: Rusiyada 10 və ya daha çox nəvəsi olan nənələr olacaqmı və ya varmı?
Pensiya islahatı sayəsində bütün nənələr daha uzun saatlar işləməyə məcburdurlar və sadəcə nəvələri üçün vaxtları,..enerjiləri yoxdur.
Gənclər isə bu günlərdə uşaq sahibi olmaq istəmirlər. Dostlarım, siz bu ideyanı dəstəkləyirsinizmi?
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB