...Bu arada İran hakimiyyəti ölkənin siyasi və hərbi rəhbərliyi arasında fikir ayrılıqları olduğu iddia edilən şayiələri yalan adlandırıb.
SİA-nın əldə etdiyi məlumata görə, İran Prezident Aparatının kommunikasiya rəhbəri Məhəmməd Mehdi Təbatəbainin X sosial media platformasında bildirib ki, İranın yüksək vəzifəli rəsmiləri arasında fikir ayrılıqları və ixtilaflar barədə şayiələr Tehranın əleyhdarları tərəfindən aparılan təbliğat oyununun bir hissəsidir.
...Yalan danışmaq əvəzinə, onlar vədləri pozmağı, qorxutmağı və aldatmağı dayandırmalıdırlar; ədalət, ləyaqət və rasionallığa əsaslanan danışıqlar üçün qapı açıqdır.
Bunu da kommunikasiya rəhbəri bildirib.
Qeyd edək ki, bir müddət bundan əvvəl bir neçə Qərb nəşri İran hökumət rəsmiləri arasında fikir ayrılıqları barədə məlumat vermişdi.
Bundan əlavə, bu "fikir ayrılıqlarının" əsas səbəbləri ilə bağlı müxtəlif nəzəriyyələr səsləndirilmişdi.
Məsələn, Bloomberg agentliyi İslam İnqilabı Keşikçiləri Korpusunun komandanlığının ABŞ ilə danışıqlarda sərt xətt üzərində israr etdiyini, İran prezidenti və Xarici İşlər Nazirliyinin isə bəzi güzəştlərə açıq olduğunu bildirmişdi.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi İsrail Baş naziri Benyamin Netanyahunun İranı “Üçüncü Reyx”lə müqayisə etmək cəhdlərinin qəbuledilməz olduğunu vurğulamışdı.
Nazirlik sözçüsü Mariya Zaxarovanın vurğuladığı kimi, Netanyahunun İrandan gələn qondarma “nüvə Holokostu” təhlükəsinin aradan qaldırılması ilə bağlı açıqlamaları tamamilə yersizdir və İkinci Dünya Müharibəsinin bütün qurbanlarının xatirəsini təhqir edir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB