Belarus Rusiya qida əlavələrinin satışını qadağan edib...

Onlar təhlükəli hesab edilib...

...SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, Minsk Rusiyanın "Evalar" şirkətindən üç qida əlavəsinin idxalını, saxlanmasını və satışını qadağan edib.

Respublika Gigiyena, Epidemiologiya və İctimai Səhiyyə Mərkəzi bunun məhsullarda D3 vitamininin həddindən artıq olması ilə əlaqəli olduğunu bildirib.

Söhbət "Vitamin D3 Forte", "Vitamin D3 Maksimum 2000 BV Evalar" və "Vitamin D3 2000 BV Evalar"dır.

Sanitariya yoxlaması zamanı məlum olub ki, bu qida əlavələrinin gündəlik dozasında D3 vitamininin miqdarı tövsiyə olunan gündəlik dozadan 2-3 dəfə çoxdur.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə