"ABŞ ilə nüvə proqramı və sanksiyaların ləğvini müzakirə edirik" - Tehrandan AÇIQLAMA

İran ilə ABŞ-nin nüvə proqramı və sanksiyaların ləğvi üzrə intensiv danışıqları davam edir. IRNA xəbər verir ki, bu barədə jurnalistlərə İranın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi İsmayıl Bəqai bildirib. "Hər hansı bir razılaşma ilk növbədə ədalətsiz sanksiyaların ləğvini təmin etməlidir", - XİN-in mətbuat katibi deyib.

Bəqai vurğulayıb ki, müzakirələr Omanın xarici işlər naziri Bədr əl-Busaidi və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossinin iştirakı ilə çox ciddi və intensiv şəkildə aparılır. Onun sözlərinə görə, hər iki nümayəndə heyəti mövqelərini ölkə rəhbərlikləri ilə razılaşdırdığı üçün danışıqlarda fasilələr yaranır.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə