"Liverpul"un baş məşqçisinin gələcəyi təhlükə altındadır

Sarsıdıcı qələbələrin olmaması və bir sıra uğursuzluqlar klub rəhbərliyini yaxın gələcəkdə mütəxəssisi istefaya göndərmək variantını ciddi şəkildə nəzərdən keçirməyə məcbur etdi.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, "Here We Go " podkastında Fabrizio Romano Arne Slotun mümkün işdən çıxarılması məsələsində Liverpul rəhbərliyinə təsir göstərə biləcək amilləri açıqladı. Mənbənin məlumatına görə, əgər Liverpul Çempionlar Liqasına vəsiqə qazana bilməsə, bu, klubun hollandiyalı məşqçinin işdən çıxarılması ilə bağlı qərarına təsir göstərə bilər.

O, həmçinin qeyd edir ki, Slotun müqaviləsinə xitam vermək ideyası oyun nəticələrinin qeyri-sabit olması, inandırıcı qələbələrin olmaması və Liverpul favorit olsa belə, tez-tez məğlubiyyətlər səbəbindən yaranıb.

"Buna görə də, klubun mövsümün sonunda nə etmək istədiklərinə qərar vermək üçün - sahibləri, idarə heyəti, rəhbərlik - görüş keçirəcəyini gözləyirəm", - jurnalist əlavə edib.

"Liverpul"un daha əvvəl yeni liderə ümid etdiyi bildirilirdi . Xüsusilə, "qırmızılar" "RB Leipzig"dən 19 yaşlı Yan Diomande ilə maraqlanır.

"Liverpul" 100 milyon funt sterlinqlik transferlə bazarı fəth etməyə hazırdır

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə