“Yura Unitaz” Rusiyanın elektron müharibə sistemini məhv etdi…

Rusiyanın pilotsuz təyyarə qüvvələrinin komandanına qarşı ciddi ittihamlar irəli sürülüb…

...Rusiyada keçmiş santexnika ləvazimatları satıcısı Yuri Vaqanovun ölkənin yeni dron qüvvələrinə gizli təyinatı ilə bağlı qalmaqal davam edir.

Z-bloqçu və "qəzəbli vətənpərvər" Maksim Klimov iddia edir ki, bu şəxs keyfiyyətsiz PUA və elektron müharibə sistemlərinin tədarükü ilə Rusiya ordusuna böyük itkilər verib.

SİA-nın məlumatına görə, Dialog.UA xəbər verir ki, Klimov bu ittihamları öz bloqunda səsləndirib.

...Z-bloqçu bildirib ki, Vaqanova qarşı tənqidləri ilə bağlı artıq xəbərdarlıq alıb. Lakin o, təhdidlərə məhəl qoymayıb. ...Əgər bu adam xüsusi hərbi əməliyyat zamanı özünü layiqli hesab etsəydi, heç kim onun tualet ticarətli keçmişini və ya santexnika ləvazimatları satışını xatırlamazdı." Bu adamın üzərində "Madyar" (Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandiri – A.B.) qədər əsgərlərimizin qanı var! Onun hərəkətləri aşağı səviyyəli elektron kəşfiyyat və elektron müharibə təşkilatını məhv etdi. Bu, təkcə cəbhə xəttində deyil, həm də gələcək hərbi əməliyyatların gedişatı üçün fəlakətli nəticələrə səbəb olur. Bu, onun hərəkətləridir! Çünki Rusiya Silahlı Qüvvələrinin baş elektron müharibə zabiti aşağı səviyyəli elektron müharibə mövzusuna qarışmır, çünki bu, “Yura Unitaz”ın sağdığı inəkdir, - deyə Klimov bildirib.

...Qeyd etmək vacibdir ki, Kreml Vaqanovun Rusiya pilotsuz təyyarə qüvvələrinin komandiri təyinatını gizlədir. Klimovun sözlərinə görə, o, hələ də Rusiya Silahlı Qüvvələrinin yeni qolunun yalnız müvəqqəti komandiridir, tamhüquqlu rəhbər deyil..?

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə