“Rusiya Ukraynada yeni genişmiqyaslı hücuma hazırlaşır...”

Kremlin strateji ehtiyatları yetərli olmaya bilər...

...Rusiya 2026-cı ilin yayında Ukraynanın cənubunda və şərqində genişmiqyaslı hücum əməliyyatlarına başlamağı planlaşdırır..?

Ehtimallara görə, bu əməliyyatlar potensial olaraq eyni vaxtda bir neçə əraziyə təsir göstərə bilər. Bu planları həyata keçirmək üçün Kreml ötən ildən bəri qurduğu strateji ehtiyatları yerləşdirməyi planlaşdırır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Müharibənin Tədqiqi İnstitutunun hesabatında deyilir.

Hücuma hazırlıqların Moskvanın müharibəni bitirməkdə həqiqi marağının olmamasının daha bir təsdiqi kimi qəbul edilməsi faktı da qeyd olunur.

Müharibənin Tədqiqi İnstitutu analitikləri qeyd ediblər ki, bəyan etdiyi niyyətlərə baxmayaraq, Rusiya ciddi məhdudiyyətlərlə üzləşir.

İnstitutun qiymətləndirməsinə görə, mövcud ehtiyatlar tam hazırlıq görmək və bəyan etdiyi hərbi məqsədlərə çatmaq üçün kifayət olmaya bilər. Rusiya müntəzəm şəxsi heyət itkilərini kompensasiya etməkdə çətinliklərlə üzləşməyə davam edir ki, bu da onun uzunmüddətli və intensiv əməliyyatlar aparmaq potensialını azaldır.

Rusiya 2026-cı ilin yayında hara zərbə endirə bilər?

...Müharibənin Tədqiqi İnstitutu xatırladıb ki, Ukrayna hərbi müşahidəçisi Konstantin Maşovets artıq Rusiyanın yeni böyük hücumunun 2026-cı ilin aprel ayının sonlarında başlaya biləcəyini bildirmişdi.

Onun qiymətləndirməsinə görə, Rusiya qüvvələri əsasən Slovyansk-Kramatorsk və ya Orexov-Zaporjiya oxlarına diqqət yetirə bilər. Maşovets həmçinin qeyd edib ki, yaxın aylarda işğalçılar yay kampaniyasının aktiv mərhələsi başlamazdan əvvəl əlverişli mövqelər tutmağa cəhd edə bilərlər.

Müharibənin Tədqiqi İnstitutu hesabatında qeyd olunur ki, Rusiya qüvvələri hazırda taktiki səviyyədə ilişib qalıb və bu oxlarda əhəmiyyətli irəliləyiş nümayiş etdirmir.

Bu, Rusiyanın genişmiqyaslı hücum planlarını göstərilən müddət ərzində həyata keçirmək qabiliyyətini şübhə altına alır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə