Şiveluç vulkanı 11 kilometrdən çox hündürlüyə kül püskürdü...

...Kamçatkadakı Şiveluç vulkanı 11 kilometrdən çox hündürlüyə kül püskürdü.

SİA xəbər verir ki, bu barədə regional Fövqəladə Hallar Nazirliyi bazar günü, 8 fevralda məlumat verib.

Vulkan təxminən 3,3 kilometr hündürlükdədir. Kül püskürməsi yarımadanın şimal-qərbinə yayılıb.

Küləyin istiqaməti dəyişərsə, kül Ust-Kamçatski, Milkovski, Bıstrinski və Tigilski rayonlarının yaşayış məntəqələrində çökə bilər.

...Şiveluça qırmızı aviasiya təhlükəsi kodu verilib. Təzə kül təhlükəlidir, çünki kiçik, nazik, iti bucaqlı qaya parçalarından və vulkanik şüşədən ibarətdir, - deyə mətbuat xidməti izah edib.

...28 dekabrda Siciliyadakı Etna dağı da 400 metrə qədər hündürlüyə lava püskürdü. Bir neçə saatlıq sakitlikdən sonra daha bir aktivlik dalğası başladı və güclü tüstü və kül püskürməsi ilə müşayiət olundu.

Noyabr ayının sonunda Bezymyannı vulkanı dəniz səviyyəsindən 5,5 kilometr hündürlüyə çatan kül püskürdü. Kül püskürməsi vulkandan 50 kilometr şərqə və şimal-şərqə yayıldı.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə