Estoniyadan ADDIM - Rusiyaya gedən yük gəmisini saxladı

Estoniya Vergi-Gömrük Departamentinin İstintaq şöbəsinin əməkdaşları polis və Hərbi Dəniz Qüvvələri ilə birgə ölkənin daxili sularında Ekvadordan qaçaqmalçılıqla əlaqəli ola biləcək konteyner daşıyan gəmini saxlayıb.

ERR telеradiosunun məlumatında deyilir ki, "Çərşənbə axşamı günü saat 17:10-da Nayssaar adası yaxınlığında birgə əməliyyat zamanı Rusiyaya gedən, Baham adaları bayrağı altında üzən "Baltic Spirit" yük gəmisi saxlanılıb və gəminin qaçaqmalçılıq üçün istifadə oluna biləcəyinə dair əsaslar var".

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə