Tramp Hindistanı da razılığa gətirdi - Dehli Rusiya neftini almağı dayandırır

ABŞ Prezidenti Donald Tramp Hindistanın Baş naziri Narendra Modi ilə telefonla danışıq aparıb. Bu barədə Donald Tramp “Truth” sosial mediasında yazıb. Ağ Ev rəhbəri bəyan edib ki, Hindistan Rusiya neftini almağı dayandırmağa və ABŞ-dan və potensial olaraq Venesueladan daha çox neft almağa razı olub.
SİTAT: "Bu qərar hər həftə minlərlə insanın öldüyü Ukraynada müharibənin başa çatmasına kömək edəcək. Tərəflər, həmçinin tariflərin 25 faizdən 18 faizə endirilməsi ilə bağlı ticarət sazişi barədə razılığa gəliblər."

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə