...Malayziya hakimiyyəti xam nefti gəmidən gəmiyə qanunsuz daşımaqda şübhəli bilinən iki tankeri saxlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, Reuters agentliyi Malayziya Dəniz Mühafizəsi Agentliyinə istinadən xəbər verir ki, müsadirə edilmiş neftin dəyəri 512 milyon ringgitdən (təxminən 129,9 milyon dollar) çoxdur.
Gəmilər Penanqdakı Mukah Head-dən 24 dəniz mili qərbdə saxlanılıb.
Tankerlərin göyərtəsində 53 heyət üzvü - Çin, Myanma, İran, Pakistan və Hindistan vətəndaşları olub. İki kapitan həbs olunaraq Penanq Dəniz Təhqiqat Departamentinə təhvil verilib.
Patrul gəmiləri gecə saat 1:00 radələrində şikayət aldıqdan sonra aşkar edib: tankerlər bağlı vəziyyətdə lövbər salıblar ki, bu da onların yük daşıma əməliyyatlarından keçdiyini göstərir.
Gəmilər iki maddə üzrə araşdırılır: icazəsiz lövbər salma (25.000 dollara qədər cərimə) və qanunsuz yük daşıma (hər gəmi üçün 50.000 dollara qədər cərimə). Malayziyanın sahil suları yanacağın mənşəyinin gizlədilməsinə imkan verən tez-tez qanunsuz dəniz neft daşınması ilə tanınır.
Agentliyin qeyd etdiyi kimi, ötən ilin iyul ayında ölkə hakimiyyəti bu təcrübəyə nəzarəti gücləndirmək niyyətində olduğunu açıqlayıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB