ABŞ 44 Özbəkistan vətəndaşını deportasiya etdi

ABŞ-dan deportasiya edilmiş 44 Özbəkistan vətəndaşını daşıyan daha bir çarter reysi Daşkəndə çatıb. SİA-nın məlumatına görə, bu barədə Özbəkistan XİN-in mətbuat katibi Əhror Burxanova istinadla məlumat yayıb. O bildirib ki, Özbəkistan vətəndaşlarının "təhlükəsiz və vaxtında çatdırılması" üçün uçuş müvafiq ABŞ qurumları ilə birgə təşkil edilib.

Burxanov əlavə edib ki, digər ölkələrdəki Özbəkistan vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, onların qanuni hüquqlarının qorunması və onların vətənə qaytarılması sahəsində əməkdaşlıq davam edir.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə