Aİ 2028-ci ildən etibarən Ukraynanın dəstəklənməsinə 100 milyard avro ayırmağı planlaşdırır

Avropa İttifaqı (Aİ) 2027-ci ildən sonra 2034-cü ilə qədər olan dövr üçün Ukraynanın dəstəklənməsi üçün 100 milyard avro ayırmağı planlaşdırır, lakin bu proqram vəziyyətdən asılı olacaq.

SİA xəbər verir ki, bu barədə iqtisadi məsələlər üzrə Avropa komissarı Valdis Dombrovskis Aİ ölkələrinin İqtisadiyyat və Maliyyə Şurasının iclasının yekunları üzrə Brüsseldə keçirilən mətbuat konfransında bildirib.

"2027-ci ildən sonra növbəti çoxillik maliyyə çərçivəsində Ukraynaya dəstək proqramı üçün təklifimiz 100 milyard avrodur. İndiki mərhələdə bu, sadəcə bir təklifdir. Çünki yerlərdə vəziyyətin necə inkişaf edəcəyini və konkret ehtiyacların nə olacağını bilmirik", - o qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə