SİA xəbər verir ki, "Guardian" qəzetinin məlumatına görə, Avstriyada qar uçqunları nəticəsində ən azı səkkiz nəfər ölüb. Qəzetin qeyd etdiyi kimi, bir həftə əvvəl Avstriyanın mərkəzi hissəsində güclü qar yağışı baş verib.
Bu dövrdə üç qar uçqunu qeydə alınıb.
İlk hadisə Ştiriya əyalətində baş verib və Çexiyadan olan üç xizəkçi həlak olub.
Zaltsburqda daha iki faciə baş verib. Qardan zərər çəkən bölgələrdə yerli hakimiyyət orqanları sağ qalanları axtarmaq üçün hava vasitələri ilə xilasetmə əməliyyatları aparıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB