Abbas Arakçının Berlin səfəri təxirə salındı

İranın xarici işlər naziri Abbas Arakçının Berlin səfəri təxirə salınıb. SİA xəbər verir ki, iranlı nazir Münhen təhlükəsizlik konfransında iştirak edə bilməyəcək. İranlı nazirə qarşı bu qərar təşkilatçılar tərəfindən İranda etirazların sərt şəkildə yatırılması fonunda qəbul edilib.

Təşkilatçıların bəyanatında qeyd olunub ki, bir neçə həftə əvvəl İran hökumətinin nümayəndələrinə, o cümlədən Abbas Arakçıya dəvət göndərilib, lakin cari hadisələr fonunda Münhen təhlükəsizlik konfransı bu dəvətləri geri çəkir. Xatırladaq ki, Münhen təhlükəsizlik konfransı 13-15 fevral tarixində keçiriləcək.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə