Rusiya yanacaqdoldurma məntəqələrində benzinin qiyməti düşüb..?

...SİA xəbər verir ki, Rosstat mətbuat xidmətinin məlumatına görə, dekabr ayında Rusiya yanacaqdoldurma məntəqələrində benzinin orta pərakəndə satış qiymətləri azalıb.

Agentliyin məlumatına görə, yanacaqdoldurma məntəqələrində benzinin qiyməti 0,43 faiz, dizel yanacağının qiyməti isə 0,8 faiz artıb.

Təbii qazla işləyən motor yanacağının qiymətləri isə aylıq müqayisədə 0,1 faiz azalıb.

2026-cı ilin ilk ticarət həftəsində AI-92 benzininin qiyməti əhəmiyyətli dərəcədə artıb.

Sankt-Peterburq Birjasının məlumatına görə, Rusiyanın Avropa hissəsi üçün ərazi indeksinə əsasən AI-92 qiymətləri ton üçün 54.916 rubla çatıb.

Bu, əvvəlki sessiyanın bağlanış qiymətindən 1,5 faiz, ticarət həftəsi üçün isə 1,65 faiz artım deməkdir.

Rusiya Baş nazirinin müavini Aleksandr Novakın sözlərinə görə, Rusiyada benzin qiymətlərinin azalması topdansatış yanacaq qiymətlərinə düzəlişlər, neft məhsullarının ixracının dayandırılması, ölkədə tələbatın mövsümi azalması və təmirdən sonra neft emalı zavodlarının bərpası sayəsində istehsalın artması ilə əlaqədardır.

O, həmçinin qiymətlərin daha da aşağı salınacağına əminliyini ifadə edərək, bunların artıq müstəqil yanacaqdoldurma məntəqələrində baş verdiyini qeyd edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə