Timoşenkonun evində aparılan axtarışın səbəbləri haqqında rus nəzəriyyəsi...

...Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin üzvü Dmitri Belik, Ali Radadakı “Batkivşina” fraksiyasının rəhbəri Yuliya Timoşenkonun evində aparılan axtarışları onun seçkilərdə iştirak etmək istəyi ilə əlaqələndirdi.

SİA xəbər verir ki, deputat bu nəzəriyyəni Gazeta.Ru-ya verdiyi müsahibədə dilə gətirdi.

Belik bildirib ki, Ukrayna Milli Antikorrupsiya Bürosunun Ukraynada hakimiyyətdə olanları izləmək üçün yaradılan Qərbyönlü bir qurum olduğu heç kimə sirr deyil. Çox güman ki, qlobalistlər Timoşenkonun həddindən artıq müstəqil kursunu, o cümlədən seçkilərdə iştirak etmək əzmini bəyənmirlər.

Rusiyalı siyasətçi Ukrayna Milli Antikorrupsiya Bürosunun hərəkətlərini siyasi təmizləmə və fikirləri əhəmiyyətli olan siyasətçilərlə hesablaşma adlandırıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə