…Dövlətə məxsus Indian Oil Corp ilk dəfə Ekvadorun Oriente xam neftini alıb. 2 milyon barel tədarükün mart ayının sonunda gözlənilir və tender yolu ilə əldə edilib. Bu addım Hindistanın xam neft mənbələrini daha da şaxələndirir və Rusiya tədarükündən asılılığını qismən azaldır.
SİA xəbər verir ki, bu barədə Reuters bildirir.
Nəşrin qeyd etdiyi kimi, ABŞ və AB-nin Rusiya neft şirkətlərinə və gəmilərinə qarşı sanksiyaları Rusiyadan neft idxalını çətinləşdirib.
Nəticədə, Hindistan neft emalı zavodları alternativ təchizat variantları axtarır. Bundan əlavə, Rusiya neftinin alışının azaldılması Nyu-Dehlinin Vaşinqtonla ticarət müqaviləsi danışıqlarında mövqeyini gücləndirə bilər.
Indian Oil Corp ənənəvi olaraq ehtiyaclarının böyük hissəsini Rusiya və Yaxın Şərqdən ödəsə də, nadir hallarda Cənubi Amerika xam neftini alır.
Bununla belə, şirkətin Meksika, Braziliya və Kolumbiya ilə opsion müqavilələri var. Ötən ay Indian Oil Corp 2 milyon barel Kolumbiya Castilla xam nefti alıb.
Həmçinin əvvəllər Hindistanın uzun fasilədən sonra Qayanadan neft idxalını bərpa etdiyi bildirilirdi.
Indian Oil Corp yüklərdən birini ExxonMobil-dən alıb və dövlətə məxsus Hindustan Petroleum Corp. daha bir yük alacaq.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB