Son bir ildə Rusiya vətəndaşlığı almaq istəyənlərin sayı 30 faiz azalıb...

...Taciklər Rusiya pasportu alanların arasında aparıcı yerləri tutur.

Amma keçən il Rusiya vətəndaşlığı alanların sayı kəskin şəkildə azalıb.

Daxili İşlər Nazirliyi bu məlumatların 2025-ci ilin yanvar-sentyabr aylarına aid olduğunu qeyd edərək, il ərzində bu rəqəm 30,1 faiz azalaraq 110.800 nəfərə düşdüyünü açıqlayıb.

SİA xəbər verir ki, "İzvestiya" qəzetinin məlumatına görə, 2025-ci ildə Rusiya pasportu alanların əsas sayı Tacikistan, Qazaxıstan, Ukrayna, Ermənistan və Özbəkistan vətəndaşları olub.

Nazirlik həmçinin qeyd edib ki, il ərzində xarici vətəndaşlıq və ya digər ölkələrdə yaşayış icazəsi almaq üçün bildirişlər 97.000 nəfərdən bir qədər çox azalaraq 12.000 nəfərə çatıb.

TASS-ın məlumatına görə, insanlar ən çox Almaniya, İsrail, İspaniya, Ermənistan və ABŞ-da vətəndaşlıq və ya yaşayış icazəsi alıblar.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə