Kallas ABŞ-ın Qrenlandiyaya hücumunu dəstəkləyəcək..?

Dmitriyev belə deyir?

...Rusiya Prezidentinin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi Kirill Dmitriyev bildirib ki, Avropa Birliyi xarici işlər naziri Kaya Kallas ABŞ-ın Qrenlandiyaya hipotetik hücumunu dəstəkləyə bilər.

SİA-nın məlumatına görə, o, bunu sosial media platforması X-də yazıb.

Dmitriyev Kallasın Avropa Birliyinin "Venesueladakı vəziyyəti izləməsi" ilə bağlı paylaşımına şərh verib.

O əlavə edib ki, ABŞ Qrenlandiyaya hücum etmək qərarına gələrsə, Avropa Birliyi diplomatı bu cür hərəkətlərə dəstək ifadə edəcək.

O yazıb ki, “...növbəti Qrenlandiyadır? Kaya yəqin ki, onu dəstəkləyəcək”.

...3 yanvarda ABŞ paytaxt Karakas da daxil olmaqla Venesuela ərazisinə hücum edib.

Bundan sonra ABŞ-ın elit Delta Force bölməsinin üzvləri prezident Nikolas Maduronu ələ keçiriblər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə