Maduro və həyat yoldaşı tezliklə Amerikada mühakimə olunacaqlar

Maduro və həyat yoldaşı tezliklə Amerika ədalətinin bütün gücü ilə üzləşəcək və Amerika torpağında mühakimə olunacaqlar.

SİA-nın əldə etdiyi məlumata görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Venesuela birtərəfli olaraq Amerika neftini, Amerika aktivlərini və Amerika platformalarını ələ keçirib və bu, ABŞ-a milyardlarla dollara başa gəlib. O, bunu tarixdə Amerika əmlakının ən böyük oğurluqlarından biri kimi qiymətləndirib.

“Bizim çox böyük neft şirkətlərimiz bu ölkəyə daxil olacaq, milyardlarla dollar xərcləyəcək, pis vəziyyətdə olan neft infrastrukturunu bərpa edəcək və ölkəyə pul qazandırmağa başlayacaq”, - deyə ABŞ Prezidenti vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə