Yeni ilin ən soyuq ilk günü olan 2026-cı il Yakutiya və Maqadan bölgəsində, ən isti isə Kamerun, Avstraliya və Toqoda olub.
SİA xəbər verir ki, bu barədə TASS-a Rusiya Hidrometeorologiya Mərkəzindən məlumat verilib.
...Son 24 saat ərzindəki məlumatlara görə, planetdə ən aşağı temperatur Yakutiyadakı İema hava stansiyasında qeydə alınıb, burada termometr -53,1 dərəcə Selsi göstərib, - agentliyin mənbəyi bildirib.
1 yanvar üçün hava "reytinqi"ndə ikinci yeri Maqadan bölgəsindəki Elgen kəndi tutub, burada temperatur -51 dərəcə Selsiyə çatıb.
Üçüncü yeri Yakutiyadakı Oymyakon tutub, burada termometr -50,6 dərəcə Selsi göstərib.
İsti havaya gəldikdə isə, Kamerunun Qarua şəhəri 40,4 dərəcə Selsi temperaturu ilə qlobal miqyasda birinci yeri tutub.
Sinoptiklərin məlumatına görə, Avstraliyadakı Port Hedland 39,8 dərəcə Selsi ilə ikinci, Toqodakı Mango isə 39,5 dərəcə Selsi ilə üçüncü yerdə qərarlaşıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB