Rusiyalı sənətçilərin Avropadakı konsertlərinin ləğvi ilə bağlı şərh...

Rusiya mədəniyyət naziri Olqa Lyubimova dirijor Valeri Qergiyev, opera müğənnisi İldar Abdrazakovun və pianoçu Elizabet Leonskayanın Avropadakı konsertlərinin ləğvi ilə bağlı şərh verib.

SİA-nın məlumatına görə, onun sözləri RİA Novosti agentliyi tərəfindən bildirilib.

Agentliyə verdiyi müsahibədə Lyubimova rusiyalı sənətçilərin çıxışlarının ləğvini pisləyib.

O bildirib ki, bu şəkildə "müəyyən bir zolaqdan olan Qərb elitaları" mədəni körpüləri dağıdır və öz vətəndaşlarının mədəni həyatını yoxsullaşdırır, onları qlobal mədəni irsə çıxışdan məhrum edir.

Nazir əlavə edib ki, "Rusiya heç kimi öz mədəniyyətinin nailiyyətləri vasitəsilə dünya xalqlarının həyatını mədəni və mənəvi cəhətdən zənginləşdirmək imkanından məhrum etmək niyyətində deyil və həmişə konstruktiv dialoqa açıqdır".

Xatırladaq ki, iyul ayında görkəmli rusiyalı dirijor Valeri Qergiyevin İtaliyadakı konserti ləğv edilib.

Noyabr ayında eyni məkanda məşhur opera müğənnisi, Rusiyanın əməkdar artisti və Mariinski Teatrının solisti İldar Abdrazakovun "Don Covanni" əsərinin tamaşasındakı çıxışı ləğv edilib.

Daha sonra Hollandiyanın Eyndhoven şəhərindəki konsert salonu sovet və avstriyalı pianoçu Elizabet Leonskayanın çıxışının ləğv olunduğunu elan etdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə