Əfqanıstan liderləri Əfqanıstan-Tacikistan sərhədində baş verən son döyüşlər fonunda qonşu ölkələri təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirməyə çağırıblar.
Əfqanıstan Ali Liderinin sözçüsü Zəbihullah Mücahid bildirib ki, qonşu ölkələr İslam Əmirliyindəki təhlükəsizlik vəziyyəti ilə bağlı narahatlıqlarını açıq şəkildə ifadə etmək əvəzinə, Kabil ilə əməkdaşlıq inkişaf etdirməlidirlər.
SİA-nın məlumatına görə, Mücahid “Salam Vətəndar” radiosunda bildirib ki, "İslam Əmirliyi bir neçə qonşu və regional ölkənin Əfqanıstandan qaynaqlanan təhlükəsizlik təhdidləri ilə bağlı narahatlıqlarına cavab olaraq, regionda sülhün təmin edilməsi üçün ölkələrin narahatlıqlarını ifadə etmək əvəzinə “İslam Əmirliyi” ilə əməkdaşlıq etməli olduqlarını bildirir.
O, Əfqanıstanla bağlı təhlükəsizlik məsələlərinin birgə həll edilə biləcəyini və edilməli olduğunu iddia edib.
Mücahid vurğulayıb ki, Kabil, qonşuları kimi, regionda sülhün və əmin-amanlığın qorunmasında maraqlıdır və buna görə də regional koordinasiya və əməkdaşlığı müdafiə edir.
Xatırladaq ki, noyabr ayının sonundan bəri Əfqanıstandan Tacikistana sızan yaraqlıların hücumları nəticəsində Çinli işçilər və Tacikistan sərhədçiləri də daxil olmaqla ən azı 10 nəfər həlak olub.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB