Uşakov: Putin ABŞ ilə Ukrayna məsələsində işçi qrupları çərçivəsində işləməyə razılıq verib
...Telefon danışığı zamanı Rusiya prezidenti Vladimir Putin ABŞ-lı həmkarı Donald Trampın Ukrayna münaqişəsinin həlli üzərində iki xüsusi işçi qrupu çərçivəsində işləmək təklifini qəbul edib.
SİA xəbər verir ki, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov məlumat verib.
Onun sözlərinə görə, bir qrup təhlükəsizlik məsələlərinə, digəri isə iqtisadi sahəyə diqqət yetirəcək.
"Gazeta.ru"nun məlumatına görə, Uşakov izah edib: "Bu işçi qruplarının işə salınması üçün parametrlər yaxın gələcəkdə razılaşdırılacaq. Görünür, yanvarın əvvəlində", - deyə Uşakov bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB