Priqojinin məzarını təhqir edən tapıldı...

...“Vaqner” özəl hərbi şirkətinin (PMC) qurucusu Yevgeni Priqojinin məzarını təhqir etdiyinə görə məhkəmədən qaçan Vyaçeslav Şvedov Sankt-Peterburqda tapılıb.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə şəhərin birgə mətbuat xidmətinin rəhbəri Daria Lebedeva öz Telegram kanalında məlumat verib.

Lebedevin sözlərinə görə, qaçdıqdan sonra Şvedov Leninqrad vilayətində olub və orada bank hesabından altı min rubl oğurlayarkən tutulub.

Sonra o, oğurluğa görə həbs edilib.

Şvedov daha sonra Xüsusi Əməliyyatlar Zonasına (XƏZ) göndərilməsini istəyib - o, bir illik müqavilə imzalayıb və ona qarşı iş dayandırılıb.

Yeri gəlmişkən, 21 iyul 2024-cü ildə Şvedov Priqojinin məzarına üzərində "xoruz" sözü yazılmış plakat asmışdı.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə