Putin düşünür ki, saqqalından Tanrının mərhəməti keçir və...

Kreml lideri “həyəcanlandı”..?

...Vladimir Putin Ukraynanı və Avropa ölkələrini müharibənin şiddətlənməsi ilə hədələməyə başlayıb.

Bu cür məlumatlar onun qorxu ilə idarə olunduğunu göstərir. SİA-nın əldə etdiyi məlumata görə, politoloq İqor Reyteroviç bu barədə 24-cü kanala danışıb.

Onun sözlərinə görə, Putin ABŞ-ın başlatdığı danışıqlar prosesindən qorxuya düşmüş ola bilər.

Hazırda danışıqlar prosesi təcavüzkar ölkənin lideri Rusiyanın gözlədiyindən xeyli sürətli və daha səmərəli şəkildə davam edir.

Reyteroviç izah edib ki, “biz amerikalılarla konstruktiv şəkildə işləyirik və Putin Rusiyanın rədd etməsi çətin olacaq bir sənəd hazırlayacağımızdan qorxur. Yoxsa rədd edərsə, ABŞ müharibənin bitməməsində kimin günahkar olduğunu getdikcə daha çox sual altına alacaq”.

Putin riskləri artırır...

Kreml rəhbəri qorxusundan “hər şeyin o qədər də aydın olmadığını” və guya həll edilməli olan bir çox məsələnin olduğunu göstərməyə çalışır.

...Putin düşünür ki, saqqalından Tanrının mərhəməti keçir və etdiyi işi davam etdirə bilər. O, ABŞ-ın sadəcə danışıqlar aparacağına və Ukraynaya daha az kömək və ya təzyiq göstərəcəyinə ümid edir. Buna görə də o, həddindən artıq irəli gedib

Bunu da politoloq əlavə edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə