...“Financial Times” qəzetinin məlumatına görə, Böyük Britaniya hökuməti Apple və Google-dan yaşlarını təsdiqləməyən istifadəçilər tərəfindən “lüt-üryan” şəkillərinin çəkilişini və yayılmasını məhdudlaşdırmaq üçün əməliyyat sistemlərində çılpaqlıq tanıma alqoritmlərini tətbiq etməyi tələb etmək niyyətindədir.
...SİA xəbər verir ki, nəşrin məlumatına görə, Böyük Britaniya Daxili İşlər Nazirliyi qadınlara qarşı zorakılıqla mübarizə üzrə yenilənmiş strategiyanın bir hissəsi olaraq müvafiq tədbirlər hazırlayır.
Sənədin yaxın günlərdə dərc olunması planlaşdırılır. Böyük Britaniya hökuməti 16 yaşdan kiçik istifadəçilər üçün sosial mediaya girişi qadağan edən Avstraliya modelini qəbul etməmək qərarına gəlib, bunun əvəzinə uşaqların zərərli məzmuna baxmasının qarşısını almağa və daxili qoruma mexanizmlərini gücləndirməyə diqqət yetirib.
Uşaqların Müdafiəsi naziri Cess Fillips müəyyən istehsalçıların, xüsusən də uşaqlar üçün uyğun HMD Fuse smartfonunu təqdim edən HMD Global-ın təşəbbüslərini tərifləyib.
Cihaz, Britaniyanın SafeToNet şirkətinin HarmBlock proqram təminatından istifadə edir ki, bu da açıq-saçıq şəkilləri avtomatik olaraq aşkarlayır və bloklayır.
Hazırda Android və iOS gənc istifadəçilər üçün həssas məzmunla bağlı xəbərdarlıqlar təqdim edir, lakin bu məhdudiyyətlər parolla deaktiv edilə bilər.
Lakin nə Apple, nə də Google-da üçüncü tərəf tətbiqləri də daxil olmaqla, bütün əməliyyat sistemi üzrə işləyən hərtərəfli çılpaq şəkillərin bloklanması sistemləri yoxdur.
Apple valideyn nəzarəti və məzmun bildirişlərini yalnız öz xidmətləri daxilində təmin edir.
Google oxşar mexanizmləri Family Link platforması vasitəsilə tətbiq edir ki, bu da uşaqların müəyyən tətbiqlərə və Android axtarış xüsusiyyətlərinə girişini məhdudlaşdırmağa imkan verir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB