...ABŞ 1 milyon dollar ödəməyə hazır olan varlı şəxslər üçün sürətləndirilmiş vizalar təklif edən bir proqrama başlayıb.
SİA xəbər verir ki, BBC-nin məlumatına görə, layihəni fəal şəkildə təşviq edən Donald Tramp vizanın "vətəndaşlığa birbaşa yol açdığını" bildirib.
Amerika mediası artıq yeni proqramı "Tramp Qızıl Kartı" adlandırıb. Bu proqram ölkəyə "əhəmiyyətli fayda" gətirə bilənlərə "rekord müddətdə" ABŞ-da daimi yaşayış icazəsi verəcəyinə söz verir.
ABŞ prezidenti bu barədə sosial mediada yazıb: "Möhtəşəm Amerika şirkətlərimiz nəhayət ki, əvəzsiz işçilərini saxlaya biləcəklər".
Maraqlıdır ki, əgər bir şirkət işçisi üçün viza almaq istəyirsə, 2 milyon dollar və əlavə ödənişlər ödəməli olacaq. Yeri gəlmişkən, hər bir müraciət edən şəxs sənədlərini təqdim edərkən 15.000 dollar geri qaytarılmayan rüsum ödəməlidir. Proqramın veb saytına görə, ABŞ-da sürətləndirilmiş leqallaşdırma istəyənlər üçün tezliklə "platin viza" mövcud olacaq. Bu, 5 milyon dollara başa gələcək.
Lakin, onun sahibləri müəyyən vergi güzəştlərindən yararlana biləcəklər.
Daha əvvəl ABŞ iş vizalarının qiymətini 100.000 dollara qaldırmışdı.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB