...Yüksüz neft tankeri “Kairos” Türkiyə sahillərinin şimalında minaya düşüb və batmaq təhlükəsi ilə üzləşir.
SİA-nın məlumatına görə, RİA Novosti xəbər verir ki, Türkiyə Dəniz Administrasiyası Novorossiyskə gedən Qambiya bayrağı altında üzən tankerdə "xarici təsir səbəbindən" yanğın baş verdiyini bildirib.
Türkiyə Nəqliyyat Nazirliyi bütün heyət üzvlərinin - 25 nəfərin - təxliyə edildiyini açıqlayıb.
Bloomberg-in məlumatına görə, “Kairos” tankeri Rusiya neftini daşıdığına görə, Avropa Birliyi və Birləşmiş Krallıq tərəfindən sanksiyalara məruz qalır.
Tankerin əvvəlki səfəri Rusiyanın Novorossiysk limanından Hindistanın ən böyük limanı olan Paradipə olub.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB