Aleksandr Stubb: “Ukraynanın gələcəyi Ukraynanın qərarıdır...”

Finlandiya Prezidenti Zelenski və Rutte ilə danışdıqdan sonra açıqlama verdi...

...Noyabrın 25-də Finlandiya Prezidenti Aleksandr Stubb Ukrayna Prezidenti Volodimir Zelenski və NATO-nun Baş katibi Mark Rutte ilə telefon danışığı aparıb.

SİA-nın məlumatına görə, o, bu barədə sosial mediada məlumat verib.

Müzakirələrdə Finlandiyanın müdafiə naziri Antti Häkkänen də iştirak edib.

Stubbun sözlərinə görə, söhbət zamanı Zelenski Ukraynadakı sülh səylərindəki son inkişaflar barədə məlumat verib. ...Ukraynanın gələcəyi Ukraynanın qərarıdır, Avropa təhlükəsizliyi isə Avropanın qərarıdır. Ukrayna ilə ABŞ arasında iş davam edir. Qarşıdakı günlər ədalətli və davamlı sülhə nail olmaq səylərimizdə çox vacibdir, - deyə Finlandiya Prezidenti yekunlaşdırıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə