...Kremlin tanınmış tənqidçisi Mixail Xodorkovski bildirib ki, Avropa Ukraynadakı müharibənin sonrakı gedişatından asılı olmayaraq Rusiya ilə uzunmüddətli qarşıdurmaya hazırlaşmalıdır. Onun sözlərinə görə, Soyuq Müharibə üslubunda yeni bir qarşıdurma ən azı on il davam edə bilər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Politico yazır.
Brüsseldə qapalı tədbirdə çıxış edən Yukos-un keçmiş rəhbəri qeyd edib ki, bu dövrdə Rusiya təcavüzünə qarşı yeganə maneə Putinin Qərbin Rusiyaya ciddi hərbi ziyan vurmaq qabiliyyətinə malik olduğuna inamıdır.
Bu arada, Rusiya hakimiyyəti ötən ay Xodorkovskiyə qarşı yeni cinayət işi açaraq onu "terror təşkilatı" yaratmaqda və hakimiyyəti zorakılıqla ələ keçirmək planı hazırlamaqda ittiham edib.
İşə onun Müharibəyə Qarşı Komitəsi ilə əlaqəli 22 nəfər də daxildir. Xorkovski Kremlin cavabını demokratik müxalifətin hər hansı beynəlxalq legitimlik qazanmasının qarşısını almaq cəhdi adlandırıb.
O, Putindən sonrakı Rusiyaya qayıdacağına inandığını etiraf edib, lakin ölkənin militarist və imperialist dünyagörüşündən imtina etməsi üçün onilliklər lazım olacağını vurğulayıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB