İsrailin baş naziri Benyamin Netanyahu və həyat yoldaşı Sara Netanyahu ABŞ prezidenti Donald Trampın İsrailə enişinə az qalmış Ben Qurion hava limanına gəliblər. SİA xəbər verir ki, onlar ABŞ-ın xüsusi elçisi Stiv Uitkoff, eləcə də Trampın qızı İvanka Tramp və atəşkəsin, həmçinin girovların azad edilməsi sazişinin əsas vasitəçisi olan onun həyat yoldaşı Jared Kuşnerlə söhbət edərkən görüntüləniblər.
Məlumata görə, Trampın "Air Force One" təyyarəsi Ben Qurion hava limanına enmədən öncə ölkənin sahilboyu əraziləri üzərindən aşağı hündürlükdə uçub.
Təl-Əviv çimərliyində ABŞ prezidentinə təşəkkür ifadə edən nəhəng lövhə nümayiş etdirilib. Lövhənin üzərində “Təşəkkür edirəm” yazısı, həmçinin ingilis və ivrit dillərində “ev” sözü yer
Bütün xəbərlər Facebook səhifəmizdə